Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Suriya və Livanın sərhəd ərazilərinin üçdə ikisi azad olunub

Livan müqavimətinin döyüşçüləri Suriya ordusunun əməkdaşlığı ilə ölkənin işğal olunmuş Qələmun ərazsini eləcə də Livanın şərqində Ərsal sərhəd yüksəkliyində yüzlərlə kvadrat kilometr ərazini terrorçulardan azad edib.

“Əl-Minar” xəbər telekanalına istinadla verdiyi məlumata görə, Livanın İslam Müqaviməti döyüşçüləri ötən iki həftədə Livan və Suriyanın şərqi yüksəkliklərində döyüşlər başlayandan bəri bu bölgələrin təxminən üçdə ikisini azad ediblər.

Müqavimət döyüşçülərinin apardıqları döyüşlər Suriyanın qərbində Qələmun yüksəklikləri ilə Livanın şərqində Ərsal arasında 800 kvadrat kilometrlik ərazini əhatə edir.

Livan Hizbullahına bağlı əl-Minar telekanalı bildirib ki, müqavimət döyüşçüləri indiyə qədər 512 kvadrat kilometr, yəni bu ərazilərin 64 faizini terrorçulardan təmizləyib.

Məlumata görə, Livanın müqavimət qüvvələri həmçinin ötən 24 saat ərzində Livan ordusunun əməkdaşlığı ilə bu ölkənin şimal-şərqində Ərsal sərhəd yüksəkliklərinin ətrafında bir neçə strateji bölgəni terrorçu qruplaşmalardan təmizləyib.

Hizbullah mübarizlərinin Ərsal və Qələmun yüksəkliklərindəki qələbələri, eləcə də Suriyanın qərb bölgələrinin təmizlənməsi terrorçular qarşısında müdafiə səddinin təkmilləşməsinə səbəb olub./İslaminsesi/
559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı