Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Bakıda qadın özünü bıçaqladı

Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən verilən məlumata görə, hadisə saat 17 radələrində T.İsmayılov küçəsindəki həyət evlərinin birində qeydə alınıb.

Həmin mənzildə yaşayan 54 yaşlı Nazilə Əliyevı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

İlkin ifadəsində qadın öz-özünü bıçaqladığını deyib. Lakin yaralının vəziyyəti ağır olduğu üçün hadisəni tam danışa bilməyib./ans/
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber