Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

MHP AKP ilə koalisyon hökumət qurmaq üçün şərtlərini açıqladı

Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Devlet Baxçalı 7 iyun axşamında açıqlanan ilk nəticələrdən sonra növbədənkənar seçki mesajı vermiş və koalisiya qapılarını bağlamışdı.

Bəzi siyasi dairələr MHP-nin koalisiya hökuməti qurmağa razı olduğunu, amma bunun üçün bəzi şərtlərin yerinə yetirilməsi lazım olduğunu irəli sürüb.

“Hürriyet” qəzetinin yazarı Umut Ərdəmin xəbərinə görə hökumət qurma işinin baş nazir Əhməd Davutoğluna həvalə olunmasından sonra görüş tələbi gələcəyi təqdirdə MHP görüş verəcək.

Davudoğlu ilə görüşü zamanı isə Baxçalı partiyasının şərtlərini ona açıqlayacaq. Yazarın fikrincə MHP-nin koalisiya üçün irəli sürəcəyi şərtlər bunlardır.

Prezident respublikasına keçid üçün görülən işlər tamamilə dayandırılsın və parlamentar sistemlə davam edilsin.

Yeni konstitusiya qəbul etmək üçün işlər davam edəcəksə türk şəxsiyyəti və unitar quruluş ilə bağlı hər hansı bir dəyişiklik təklifi gətirilməsin.

Kürd probleminin həlli üçün görülən işlər terrorun siyasi qollarına sahədə yer qazadırmaqdan başqa bir işə yaramadığı səbəbilə ləğv olunsun.

Siyasətdə şəffaf və təmiz bir rəhbərlik yaradılması üçün adı rüşvət qalmaqallarında keçən şəxslər yeni hökumətdə yer almasın.
555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı