Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Maradona: "FİFA-ya ayaq bassam, onu tamamilə təmizləyəcəm"

Diyeqo Armando Maradona FİFA-da vitse-prezident postunu tutmağa hazır olduğunu bildirib.

Argentinalı futbol adamı bunun üçün İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin qurumun rəhbəri seçilməsini əsas şərt kimi qoyub.

"Şahzadə Əli prezident olsa, FİFA-da vitse-prezident postunu tutmaq şanslarım artacaq. Təşkilata ayaq bassam, onu tamamilə təmizləyəcəm. Blatter isə FBI və İsveçrə polisinin birgə tədbirlərindən qorxuya düşüb istefa verdi", - Maradona deyib.
Qeyd edək ki, yeni prezidenti müəyyən etmək üçün seçkilər 2015-ci il dekabrından 2016-cı ilin martına kimi keçirilə bilər.
773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP