Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

FİFA vitse-prezidentinin günahı sübut olundu

BBC telekanalı FİFA-nın keçmiş vitse-prezidenti Cek Vornerin nəzarət etdiyi bank hesablarına köçürülmüş 10 milyon dolların necə xərcləndiyini sübut edən sənədləri əldə edib.

Karib hövzəsinin Cənubi Afrika icması arasında futbolun dəstəklənməsinə nəzərdə tutulmuş pul vəsaiti Cek Vornerin nəzarət etdiyi bank hesablarına Cənubi Afrika Respublikası adından köçürülüb. Bu sənədlərdən belə nəticəyə gəlmək olar kı, Cek Vorner həmin pul vəsaitindən nəğd pul çıxarılmağa, götürdüyü bank kreditlərini ödəməyə və pul yuyulması kimi məqsədlər üçün istifadə edib. ABŞ-ın Federal Təhlükəsizlik Bürosu Trinidad və Tobaqodan olan 72 yaşlı siyasətçini korrupsiya cinayətlərində şübhəli sayır. Cek Vorner ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

2008-ci ildə Cek Vorner Şimali və Mərkəzi Amerika, Karib hövzəsi ölkələrinin futbol təşkilatları assosiasiyasının rəhbəri olduğu dövrdə həmin təşkilatın hesabına 10 milyon dollar pul vəsaiti köçürülüb. Sənədlərə görə, həmin vəsaitdən 4,86 milyon dollar Trinidadın JTA Supermarkets iri supermarketlər şəbəkəsinə köçürülübmüş.

ABŞ prokurorlarının iddiasına görə həmin pulun böyük hissəsi sonradan yerli valyutada Jack Warnerə qaytarılıb.
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...