Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Rusiya heç vaxt Cənubi Qafqazdan getməyi düşünməyib

Putin: Rusiya heç vaxt Cənubi Qafqazdan getməyi düşünməyib

Ermənistana səfər edən Rusiya prezidenti Gümrüyə gəlib. Ans-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın ikinci şəhəri Gümrüdə üçüncü regionlararası forumun açılışında çıxış edən Rusiyanın dövlət başçısı ölkəsinin Qafqazdan getməyəcəyini bildirib: “Rusiya heç vaxt Cənubi Qafqazdan getməyi düşünmür".

Tədbirdə çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Gümrüdəki hərbi bazada "Proşanie slavanki" marşı ilə tanınan Rusiya ordusunun zabiti Vasili Aqapkinin də xidmət etdiyini deyib.

"O, bunu Balkanlarda hərbi əməliyyatların təsiri altında yazıb"- deyə Putin bildirib. Onun sözlərinə görə, Rusiya heç vaxt Cənubi Qafqazdan getməyi düşünməyib: "Biz Cənubi Qafqazda öz mövqelərimizi gücləndirməyə çalışırıq. Biz region ölkələri ilə mehriban qonşuluq münasibətləri yaratmağa çalışırıq".

Rusiyanın dövlət başçısı daha sonra Spitak rayonunda 2008-ci ildə olan zəlzələnin qurbanlarının xatirəsinə ucaldılmış abidənin üzərinə əklil qoyub.
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı