Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

ABŞ ordusunun saytı dağıdıldı

Suriyada hökuməti dəstəkləyən Suriya Elektron Ordusu (SEA) adlı haker qrupu ABŞ ordusunun rəsmi saytı olan army.mil-i dağıdıb.

SEA Tvitter hesabında saytın onlar tərəfindən dağıdıldığını bildirərək Vaşinqtonun terroçulara verdiyi dəstəyi dayandırmasını tələb ediblər.

ABŞ quru qoşunlarının ictimaiyyətlə əlaqələr rəhbəri Malkolm Frost bu məlumatı təsdiq edib. O, orduya aid sayta hücum olduğunu, hazırda sayta girişin qeyri-mümkün olduğunu etiraf edib.

Briqada generalı kiber hücumun səbəbi və dəyən zərərlə bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, SEA bir müddət öncə “Nyu York Tayms” qəzetinin saytına da hücum etmişdi./axar/
874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP