Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

İŞİD-ə qoşulmaq istəyən rus qızından xəbər

“Ağlayır, Rusiyaya qayıtmaq istəyir”

Türkiyə -Suriya sərhəddində saxlanmış Moskva Dövlət Unversitetinin tələbəsi Varvara Karaulova atası ilə görüşüb.

Bu barədə “Moskva” radiosuna qızın atası Pavel Karaulov məlumat verib. Onun sözlərinə görə, qızı ilə bir neçə dəqiqə söhbət edə bilib.

“Mən ümid edirəm ki, onu Türkiyədən deportasiya etməyəcəklər, qaytaracaqlar. Yaxın 3 gün ərzində qızımı Rusiyaya gətirəcəklər”-deyə ata vurğulayıb.

P. Karaulovun sözlərinə görə qızı saxlanma şəraitindən narazlıq etməyib: “Özünü yaxşı hiss edir. Ağlayaraq Rusiyaya qayıtmaq istədiyini deyir”.

Varavara mayın 27-də evdən çıxıb. Sonradan onun İstanbulda olduğu bəlli olub. Belə ki, onun İŞİD-ə qoşulmaq üçün Suriyaya getdiyi üzə çıxıb. Varvara Türkiyə sərhəddində saxlanılıb.

Qızın vəkili bildirib ki, Varvaranın Moskvada terrorçu təşkliatla əlaqəsi olan dəstənin toruna düşməsi barədə bəzi dəlillər var.
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber