Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Azərbaycanlılarla İŞİD-a qoşulmaq istəyən rusların adı açıqlandı

Türkiyə-Suriya sərhəddində azərbaycanlılarla birlikdə yaxalanan Rusiya vətəndaşlarının adları açıqlanıb.

Rusiyalı yeniyetmə Varvara Karaulova ilə birlikdə olan rusların adlarını "LifeNews" öyrənə bilib.

Məlumata görə, qrupda 4 azərbaycanlı olub. Onların cinsi, yaşları və adları açıqlanmır. Bundan başqa Rusiyalılardan ibarət qrupda Varvaradan əlavə 4 qadın, 3 kişi və 6 uşaq olub.

Varvara ilə Suriyaya 24 yaşlı Dağıstan sakini Aişə Məmmədova ilə yollanıb. Aişə özü ilə bir yaşlı Xədicə, 4 yaşlı Zeynəb və 7 yaşlı Muradı da götürüb. Ailə başçısı isəs İŞİD-ın sıralarında - Suriyadadır.

Azərbaycanalılarla birlikdə saxlanılar rusların adları belədir:
Müslüm Akmayev - 1983-cü il
Daurokus Şaripov - 1995-ci il
Maqomed Qarasultayev - 1992-ci il
Nafisə Xocayeva - 1982-ci il
Ömər U. - 2010-cu il
Alsu Əhmədcina - 1983-cü il
Mansur - 2012-ci il
Varvara Karaulova - 1995 ci il
Regina Vəlimətova - 1991-ci il
Daud - 2010-cu il
Aişa Məmmədova - 1991-ci il
Xədicə - 2014-cü il
Murad - 2007-ci il
Zeynəb - 2010-cu il

Məlumata görə, saxlanılanlar Batmanda miqrant düşərgəsində saxlanılırlar. Saxlanılan rusiyalılarla birgə Azərbaycan vətəndaşlarının da taleyi diplomatik səviyyədə həll edilir./ans/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber