Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

İşğalçı İsrail nüvə sınaqları keçirir

İşğalçı İsrailin baş verə biləcək radioaktiv hücumun təsirlərini ölçmək məqsədi ilə tərkibində nüvə reaktoru olan partlayıcının sınaqdan keçirdiyi iddia edilib.

Bu barədə məlumatı “Haaretz” qəzeti yayıb. Xəbərdə İsrailin cənubundakı Neqev çölündə yerləşən qapalı zavodlarda reallaşan testin partlayış bölgəsində yüksək səviyyədə radiasiya meydana gətirdiyi, lakin küləyin təsiri ilə ətrafa yayılan radioaktiv hissəciklərin ciddi təhlükə yaratmadığı bildirilir.

Qəzet sınağın radikal təşkilatların mümkün hücumunun dəf edilməsi məqsədilə aparıldığını yazır. Test üçün 20 partlayışın baş verdiyi deyilən xəbərdə bombaların 250 qram-25 kiloqram arası olduğu bildirilib.

Digər tərəfdən Tel-Əvivin "Qırmızı Ev” (Red House) adlanan başqa bir sınaq keçirdiyi də iddia edilir. Məlumata görə, məqsəd radioaktiv maddənin alış-veriş mərkəzləri kimi sıxlıq olan yerlərdə havalandırma sistemi ilə sızdırılması zamanı müdafiə tədbirlərinin öyrənilməsidir.

Son illərdə xüsusilə İranın nüvə fəaliyyətini tez-tez tənqid edən İsrailin bu sahədə gizli fəaliyyət göstərdiyi deyilir. Nüvə silahlarının yayılmasının qarşısının alınması müqaviləsinə (NPT) zidd addım atan Tel-Əvivin 100-200 ilə nüvə başlığına sahib olacağı təxmin edilir./axar/
631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat