Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

AKP-li bələdiyyə başçısı güllələndi

Türkiyənin Qars vilayətinin Digor mahalında Ədalət və İnkişaf Partiyasından (AKP) olan bələdiyyə başçısı Ömər Vargün özünə aid çörək sexində naməlum silahlı qrupun hücumuna məruz qalıb.

Silahlı qrupun üzvlərinin atəşi nəticəsində bələdiyyə başçısı əlindən və üzündən yaralanıb.

O, hücuma görə Xalqların Demokratik Partiyasının (HDP) tərəfdarlarından şübhələndiyini söyləyib. Başından güllə dəyən sex işçisi Gökmen Erkmen xəstəxanaya aparılaraq əməliyyat edilib.

Bələdiyyə başçısı parlament seçkilərindən əvvəl iş yerində hücuma məruz qaldığını, qapı və şüşələrin sındırıldığını xatırladıb.
591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber