Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Türkiyədə silahlı hücum: 4 ölü, 4 yaralı

Türkiyənin Diyarbəkir şəhərində Hizbullah təşkilatına yaxın bilinən dərnəyin rəhbərinə sui-qəsd edilib.

Hücum nəticəsində yaralanan şəxs xəstəxanada həyatını itirib. Bu hücumdan sonra Diyarbəkirdə toqquşmalar yaşanıb. Polis qüvvələrinin də müdaxilə etdiyi toqquşma nəticəsində 4 nəfərin həlak olduğu bildirilib, 4 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralananlardan 3-nün jurnalist olduğu deyilir. İlkin məlumatlara görə, sui-qəsd PKK tərəfdarı olan İnqilabçı Gənclik qruplaşması tərəfindən həyata keçirilib. Diyarbəkir vilayət valiliyi şəhərdə iki silahlı qrup arasında atışmanın baş verdiyini və ölənlərin bu qruplaşmalardan olduğu barədə məlumat verib. Toqquşmadan sonra şəhərdlə polis nəzarəti gücləndirilib. (ans)
445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.17, 11:59
Azərbaycanda Azadlıq