Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Keçmiş nazirindən Ərdoğana sərt sözlər

«Türkiyənin üzərinə qara bulud kimi çökən Ərdoğan hökmranlığından qurtulmaq lazımdır»

Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Türkiyənin Mədəniyyət və turizm naziri işləyən Ərtoğrul Günay yeni hökumətin qurulması ilə bağlı maraqlı açıqlamalar verib. Ə.Günay bildirib ki, koalisiya CHP, MHP və HDP arasında olmalı, bu partiyalar siyasət meydanında topu heç bir halda Ərdoğana ötürməməlidir: «Türkiyə bu son seçkidən yeni bir ümidlə çıxdı. Son bir neçə ildir ölkənin üzərinə qara bulud kimi çökən Ərdoğan hökmranlığından qurtulmaq ümidi doğdu. Seçkidən güclənərək çıxan üç siyasi partiyanın – CHP, MHP və HDP-nin əsas vəzifəsi bu ümidi bədbinliyə çevirməməkdir. Böhran yaranmasına izin verilməməlidir. Bu üç partiyanın müxtəlif siyasi məsələlərlə bağlı fərqli mövqelərinin olduğunu bilirik. Amma məncə, onlar hüquq dövləti və demokratiyanın təcili bərpası proqramı adı altında güc birliyi yaratmalı, mütləq şəkildə AKP-ni hökumətdən kənarda saxlamalıdır. Bu dediklərim həyata keçirilmədən yeni bir seçkinin keçirilməsinə imkan verilməməlidir. Ümidvaram ki, bunu edəcəklər. Çünki Türkiyənin buna ehtiyacı var. Bunları etmədən Türkiyəni yeni bir seçkiyə aparsalar, ağır nəticəsini görəcəklər».

Günay hesab edir ki, AKP hansısa formada hökumətdə qalsa və onun iştirakı ilə yenidən seçki keçirilsə, nəticə təhlükəli olacaq: «Bunu görməmək həmin adamın siyasətlə hər hansı əlaqəsinin olmaması deməkdir».

Qeyd edək ki, Ə.Günay 2013-cü ildəki məşhur «rüşvət əməliyyatından» sonra nazir postundan və AKP-dən istefa verərək fəaliyyətini müstəqil deputat kimi davam etdirmişdi.
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...