Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

“Anar Məmmədov külli miqdarda rüşvət verib fəxri konsul statusu aldı”

Enes İbrahim: “Bu cür rüşvət olayları bir türk parlamentarı olaraq Makedoniyada bizim nüfuzumuza da zərbə vurur”

Musavat.com-a sensasion bir məlumat daxil olub. Onu özətləsək, bu cür başlıqla verə bilərik: “İş adamı Anar Məmmədov külli miqdarda rüşvət verib Makedoniyadan fəxri konsulluq alıb".

Bu haqda Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim məlumat verib.

Enes İbrahim bildirib ki, Makedoniyada qardaş Azərbaycanın adının çirkli pullarda hallanması onları çox narahat edir: “Təxminən on gün əvvəl sizin nəqliyyat nazirinizin oğlu Anar Məmmədov Makedoniyaya küllü miqdarda rüşvət verərək fəxri konsul adı alıb. Bu informasiya Skopye (Üsküp) mediasına tez bir zamanda sızdırıldı. Günlərlə medianın gündəmindən düşmədi. Makedoniya parlamentində türk kökənli iki millət vəkilindən biri də mən olduğum üçün jurnalistlər bu haqda məndən nəsə öyrənməyə çalışdılar. Bildirdim ki, bu haqda məlumatım yoxdur. Biz orada hər nə də olsa, Azərbaycanın mövqeyini müdafiə etməyə çalışırıq. Amma bu cür rüşvət olayları bir türk parlamentari olaraq bizim nüfuzumuza da zərbə vurur. Bu haqda sizin bəzi millət vəkillərinizlə söhbət edib məsələdən xəbərdar edəcəyəm. Makedoniyada qardaş Azərbaycanın adının çirkli pullarda hallanması bizi çox narahat edir ”.

Xatırladaq ki, Makedoniya parlamentinin üzvü bir neçə gün öncə Bakıya səfər edib. O, səfər çərçivəsində millət vəkilləri Azay Quliyev, Qənirə Paşayeva və digər parlamentarilərlə görüşüb.

Onu da qeyd edək ki, hörmətli Anar müəllimin Makedoniya Respublikasının Bakıdakı fəxri konsulu adını alması haqda məlumatlar Azərbaycan mediasında 30 may tarixi ilə yayınlanıb.

Azərbaycanın ən böyük şirkətlər qruplarından biri olan “Garant Holding”in təsisçisi, Azərbaycan Qolf Federasiyasının təsisçisi və prezidenti, Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri kimi titullar daşıyan Anar Məmmədov Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu postuna bu ölkənin xarici işlər naziri Nikola Poposkinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubla təyin edilib.

İndi iddia budur ki, cənab Məmmədov bu adı rüşvətlə alıb.

Hazırda onun Makedoniyada geniş biznesi də var.
482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı