Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

"Hizbullah" Suriyada güc balansını dəyişdi

Məşhur "Foreign Policy" nəşri "Hizbullah"ın Suriyada İŞİD başda olmaqla başqa terrorçu qruplara qarşı apardığı uğurlu mübarizəsindən yazıb.

"Foreign Policy" "Hizbullah"ın Suriyada döyüşlərə atılmasından sonra güc balansının Bəşər Əsədin xeyrinə dəyişdiyini və vəhhabilik ideologiyasına malik terrorçu qrupların ardıcıl məğlubiyyətlər aldığını bildirir.

Məqalədə bildirilir ki, Livan-Suriya sərhədi boyunca olan dağ silsiləsi boyu "əl-Nusrə Cəbhəsi" adlı terrorçu qruplaşmadan azad olunub.

“Onların itirməyə heç nəyi yox idi, ona görə də, bəziləri var gücü ilə döyüşdü. Hətta bəzi məqamlarda biz əlbəyaxa döyüşə girirdik. Ancaq bizim silahımız iradəmiz, qətiyyətimiz və əqidəmizdir” – deyə Hizbullah komandirlərindən biri bildirib.

"Foreign Policy" yazır ki, "Hizbullah" Yaxın Şərqdə gedən münaqişələrə kəskin şəkildə təsir göstərsə də, bu müharibələr təşkilatın özündə də dəyişikliklərə səbəb olub. Qrup İsrail işğalına qarşı mübarizə aparan bir təşkilatdan Livan sərhədlərindən kənarda gedən döyüşlərdə iştirak edən regional bir qüvvəyə çevrilib. Hazırda təşkilatın liderləri apardıqları mübarizəni xaricilər tərəfindən dəstəklənən ekstremistlərə və terrora qarşı müharibə kimi təsvir edir və regionda bütün inanclardan olan insanların qorunması üçün zəruri olduğunu bildirirlər./ans/
503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat