Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Gülməli ABŞ-da belə hallar çox olur

ABŞ-ın Luiziana ştatında məhkəmə 40 ildən çox təkadamlıq kamerada saxlanılan məhbusu azadlığa buraxıb.

Hakim Cames Bradi ittihamçılara 68 yaşlı Albert Vudfoksu üçüncü müddətə mühakimə etməyi qadağan edib. Hakimin qərarından bir neçə gün keçmiş Vudfoks azadlığa çıxa bilər.

O, 1972-ci ilin aprelindən bəri təkadamlıq kamerada cəza çəkir. Vudfoks həbsxana qiyamı zamanı mühafizəçini qətlə yetirməkdə ittiham edilib.

Vudfoks mühafizəçinin qətlinə görə iki dəfə ittiham edilib. Hər iki ittiham sonradan ləğv edilib. O, bütün ittihamları rədd edir.
23 saat təcridxanada saxlanılan Vudfoks, yalnız bir saat tək başına kamerasından kənar gəzintiyə çıxıb, onun həbsxana şəraitini təsvir edən məhkəmə sənədlərində bu haqda deyilir.

Silahlı qarətə görə məhkum edilərək həbs edilmiş Vudfoks, sonradan həbsxanada baş vermiş qiyam zamanı həbsxana işçisi Brent Milleri otbiçən bıçaqla öldürməkdə günahkar bilinib./ans/
402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı