Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Hiss edən ayaq protezi düzəltdilər

Avstriyada sinirləri hiss edəprotez düzəldilib.

Protez 2007-ci ildə sağ qıçını itirən 54 yaşlı müəllim Volfanq Ranqerin ayağına taxılıb.

Ranqer protezi istifadə etdikdən sonra yenidən doğulmuş kimi olduğunu söyləyib: "Özümü yenə də ayağım varmış kimi hiss edirəm. Yenidən doğulmuş kimiyəm".

Linz Universitetinin professoru Hubert İqer protezə yerləşdirilən sensorların qıçın kəsildiyi nöqtədəki sinirləri xəbərdar etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu, ilk sensor protezdir.

Cərrahlar protez taxılmadan əvvəl Ranqerin sinir uclarını dəriyə yaxın nöqtəyə gətirib.

Topuq, ayaq barmaqları və ayaq hərəkətlərinin meydana gətirdiyi təzyiqi ölçmək üçün altı sensor yerləşdirilib. Alınan siqnallar, qıçın kəsildiyi nöqtəyə yerləşdirilən əmr mərkəzinə çatdırılır və buradan da sinir uclarını xəbərdar edərək beyinə çatdırılır./axar/

557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP