Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Avropa Parlamentində azərbaycanlı vicdan məhbusları ilə bağlı aksiya

İyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.

Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri olub.

Avropalı parlamentarilər bununla siyasi məhbusların azad olunmasına çağırıblar.

Daha sonra Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek çıxış edərək bildirib ki, Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalıdır. O qeyd edib ki, bununla bağlı qətnamə çıxarılmalıdır.

Qeyd edək ki, Amnesty İnternational , Freedom House, Human Right Watch, Norveç İnsan Haqları Evi Azərbaycanda Avropa oyunları öncəsi həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərə qarşı represiyalardan narahatlıq ifadə edən bəyanatlar yayıblar.

Onlar bəyanatlarda Azərbaycan hakimiyyətini bu həbslərə son qoymağa, insan hüquqları sahəsində ölkənin üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıblar./contact/


449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24