Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

​Bakıda gəlin toy günü yol qəzasında ölüb

Bakıda gəlin toyu günü yol qəzasında ölüb.
“Report”un məlumatına görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.
Qəza zamanı Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün "gözəllik salonu"na gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib. Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb.
Qeyd edək ki, qəza zamanı gəlinin yanında olan və şəxsiyyəti hələ ki, məlum olmayan bir qadın da hadisə yerində dünyasını dəyişib.
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber