Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Ermənilərin törətdiyi yanğınlar təmas xəttini keçib

Güclü yanğın Baş Qərvənd və Mirəşelli kəndlərinin qəbiristanlığını da bürüyüb

Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarında son bir neçə gündə törədilən yanğınlar cəbhənin Ağdam istiqamətində neytral ərazini keçərək yaşayış olan kəndlərə yaxınlaşıb.

Ötən gecə miqyası genişlənən alov rayonun Çıraqlı və Mirəşelli kəndlərinin ərazilərinə qədər yayılıb. Yanğın Baş Qərvənd və Mirəşelli kəndlərinin qəbiristanlığını da bürüyüb. Təmas xəttində yerləşdiyindən, məzarlığın xeyli hissəsi qısa müddət ərzində alovlanıb.

Aidiyyəti qurumlar yanğının məhsul altında olan sahələrə keçməməsi üçün tədbirlər görüblər.

Yanğının səhərə yaxın söndürülüb.
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber