Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

İşğalçı İsrail Fələstin parlamentinin spikerini azad edib

Qondarma İsrail hakimiyyəti ötən gün bir il həbsdə keçirmiş Fələstin parlamentinin spikeri, “HƏMAS” hərəkatının liderlərindən biri olan Əbdül Əziz Dueyki azad edib.

Bu barədə Fələstin Qanunverici Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.

Əbdül Əziz Dueyk onlarla silahdaşı ilə birlikdə işğalçı İsrail hərbçilərinin ötən yay itkin düşən üç israilli yeniyetmənin axtarışları çərçivəsində İordan çayının Qərb sahilində keçirdiyi irimiqyaslı əməliyyat zamanı saxlanılıb. Sonradan yeniyetmələrin oğurlanaraq qətlə yetirildiyi müəyyən edilmişdir.

“Əbdül Əziz Dueykin azadlığa çıxması Fələstin ədalətinin qələbəsidir. Həbsdə olan bütün parlamentarilərin azad edilməsinə nail olmaq lazımdır”, deyə məlumatda bildirilir. Fələstin parlamentinin 130 deputatından 11-i hələ də İsrail həbsxanalarında saxlanılır./apa/
399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber