Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Messi dünyanın ən bahalı futbolçusudur

“Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messi dünyada ən bahalı futbolçusu adlandırılıb.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) ekspertləri təhlil aparıblar. Onların məlumatına görə, Messinin transfer qiyməti 255,3 - 280,8 milyon avro diapazondadır.

Reytinqdə ikinci yeri “Çelsi” klubunun yarımmüdafiəçisi Eden Azar tutub. Onun dəyəri 135,4 milyon avrodan 148,9 milyon avroyadəkdir.

Üçüncü yerdə “Real”ın lideri Kriştianu Ronaldudur: 113,3 milyon avrodan 124,7 milyon avroyadək.

Onluğa həmçinin Neymar, Serxio Aquero, Raxim Sterlinq, Pol Poqba, Diyeqo Kosta, Aleksis Sançes və Xames Rodriges daxildirlər.
588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı