Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Rusiyada iki azərbaycanlı iş adamı öldü

Amur vilayəti Azərbaycanlıları Konqresinin sədri Məhəmməd Əsgərov açıqlamasında bildirib ki, ötən həftə əslən Azərbaycanın Bərdə və Balakən rayonlarından olan Hacı Balayev və Ələddin Qoraçayev dünyasını dəyişib.

Onun sözlərinə görə, H. Balayevin meyiti idarə etdiyi avtomobilin qəzaya uğradığı yerdə aşkar olunub. Ə. Qoraçayevin meyiti isə yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlayıb, azərbaycanlıların meyitləri isə vətənə göndərilib./apa/
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP