Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Tarixi etiraf: “Buş, Səddam, Qəzzafinin qətli…”

ABŞ-ın sabiq Müdafiə naziri Donald Ramsfeld ölkənin 43-cü prezidenti Corc Buşu tənqid edib.

Ramsfeld Buşun 2003-cü ildə baş verən İraq işğalını tənqid edərək "Buşun “İraqa demokratiya aparacağıq” ifadəsi mənə həqiqi görünməmişdi” deyib.

“Tayms”a danışan (The Times) sabiq nazir ABŞ demokratiyasının digər ölkələr üçün heç də həmişə uyğun olmadığını deyib.

Digər tərəfdən, İraqın sabiq prezidenti Səddam Hüseynin devrilmə qərarını müdafiə edən Ramsfeld Liviya dövlətinin başçısı Müəmmər Qəzzafinin öldürülməsinin bir səhv olduğunu deyib. Onun sözlərinə görə, Qəzzafinin ölümü ilə ABŞ bölgənin sabitliyini həmişəlik pozdu./axar/
657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP