Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

"İŞİD-ə qoşulan çoxlu azərbaycanlılar var"

Suriyanın baş müftisi Əhməd Bədərddin Hasun İŞİD terrorçu qruplaşmasının tərkibində vuruşan döyüşçülərdən danışıb.

O bildirib ki, hazırda İŞİD terrorçuları birlikdə vuruşanlar arasında azərbaycanlıların da sayı çoxdur. Müftinin sözlərinə görə, terrorçularla birlikdə dünyanın müxtəlif ölkələrindən 70 min muzdlu savaşır.

Rusiyada səfərdə olan Əhməd Bədərddin Hasun bildirib ki, terrorçulara Rusiya və MDB ölkələrindən qoşulanların sayı çoxdur.

"İŞİD-ə Rusiyadan 7 minə yaxın adam qouşulub. MDB ölkələrindən elələri var ki, ailəsi ilə birlikdə gəlib. Muzdlu döyüşçülərin çoxu MDB-nin Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrindəndir", deyə müfti bildirib./ans/
686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto