Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

İlanlar Bakıya niyə hücum edir?

İstilər düşəndən xoşagəlməz bir realliq bəzilərini haqlayıb. İlan sancmalarının sayı artıb.

Bu il ilansancmaları artıb. Artıq son iki ay ərzində Kliniki Tibbi Mərkəzin Toksikalogiya şöbəsinə ilansancması ilə əlaqədar 26 müraciət daxil olub. Onlardan 17-si xəstəxanaya yerləşdirilib, qalanlarına isə ilkin tibbi yardım göstərilib.

“Əsasən orta yaşlı və cavan şəxslərdir. Tək-tük hallarda uşaqlar ararasında da buna rast gəlinir. Əsasən bölgə və Bakı ərafı rayonlardan müraciətlər daha çox olur”, – deyə toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Göründüyü kimi paytaxt və Abşeron yarmadasından müraciət edənlərin də sayı artıb. Artıq ilanlara nəinki açıqlıq sahələrdə elə şəhərin mərkəzində də rast gəlmək mümkündür.

Bir neçə gün öncə Səbayil rayonu “İçərişəhər” metrosu yaxınığından bina sakinləri həyətlərini iki ilanı birdən öldürdülər.

Sakinlərin iddiasına görə onlar bir həftə ərzində binanın həyətində 7 ilan öldürüblər. Bəs, məskəni açıqlıq sahə çöllük olan bu heyvanların şəhərə üz tutmasının səbəbi nədir? Ekoloqlar bunu şəhər salma ilə əlaqələndirirlər.

"Şəhər günü-gündən genişlənir, yeni binalar, parklar salınır. Bu səbəbdən də biz məcburuq ki, orada yaşayan canlı ailəmi sıxışdıraq. O zamanda da bizlər acınacaqlı vəziyyətlə qarşılaşırıq. Nəticədə insanlar sürünənlərin hücumuna məruz qalırlar. Şəhərsalma zamanı mütləq ekosistem nəzərə alınmalıdır. Bu məqsədlə də alimlərə müraciət olunmalı, onların fikirləri öyrənməlidirlər.”, – deyə ekoloq Telman Zeynalov fikrini açıqlayıb.

Qeyd edək ki, Azərbaycanda 26 növ ilan mövcuddur ki, onlardan 5-i zəhərlidir. İlanların ölkəmizdə əsas yayılma bölgəsi isə isti və quraqlıq rayonlar, dağlıq-dağətəyi zonalardır./ans/
621 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat