Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Avropa Parlamentinin üzvü siyasətçiləri Bakıya getməməyə çağırıb

Avropa Parlamentinin Almaniyadan olan üzvü Mariet Şaake həmkarlarını və Avropa ölkələrinin siyasətçilərini Bakıdakı Avropa Oyunlarına məhəl qoymamağa və bu tədbirdə iştirakdan imtina etməyə çağırıb.

O, öz çağırışını bu ölkədəki siyasi məhbusların azad edilməsinə nail olmaq zərurəti ilə əsaslandırıb.

Bu gün Azərbaycanda Rusiya və Belarusda olan siyasi məhbusların birgə sayından iki dəfə çox siyasi məhbus var.

Bu, məhkəməsiz sadəcə həbsdə saxlanılan jurnalistlər, hüquq müdafiəçiləridir.

“Azərbaycan hakimiyyəti beynəlxalq imicini yaxşılaşdırmaq üçün ölkəsində təntənəli beynəlxalq tədbirlər keçirməyə çalışır. Amma Avropa Oyunları fundamental insan hüquqlarının sistemli şəkildə pozulmasını ört-basdır etməməlidir. Bütün bunlar tamamilə yolverilməz xarakter alır, məhkəməsiz və zəruri tibbi yardım göstərilmədən, hətta vəkildən məhrum edilmiş halda həbsxanada saxlanılan Leyla Yunusun işi kimi”.

Nəhayət, Oyunlar ərəfəsində Amnesty International nümayəndələri Bakıya buraxılmayıb.

“Bu, tamamilə yolverilməzdir. Avropa Oyunları yalnız insan hüquqlarına və əsas azadlıqlarına hörmət olunan ölkələrdə keçirilə bilər”, deyə Şaake qeyd edib./contact.az/
458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:21