Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

"Merkelə də baxın, bizim Davudoğluna da"

İstanbul Texniki Universitetinin professoru, dünyaca tanınmış alim Cəlal Şəngör cəmiyyəti tənqid edib.

"Sözcü" qəzetinə müsahibə verən alim ölkədə təhsilin, intellektual səviyyənin aşağı olmasından gileylənib:

"Türkiyədə elm təşkilati səviyyədə yox, fərd şəkilində inkişaf edir. Jurnalistlər, universitet professorları, siyasətçilər, sənətçilər arasında yalançı intelligentlər var. Qəzeti oxuyun, türk dili yox olub. İnsanlar türk dilində yaza bilmir. Sənətçi deyirsiniz, neçə dünya səviyyəli sənətçimiz var? Bir, yaxud iki. Türkiyənin mədəniyyət səviyyəsi Əfqanıstanla eynidir. Qonşu ölkələrə gəldikdə İran İslam Respublikası Türkiyədən daha mədəni bir ölkədir. Almaniya kansleri Angelə Merkelə baxın, sonra da bizim Əhməd Davudoğluna. Gecə ilə gündüz kimidir. Merkel ölkəsində fizika müəllimidir. Buna baxmayaraq, qadın Avropanı barmağına dolayır".

AKP siyasətini tənqid edən alim Türkiyədə gerçək savadlı insanların olmadığını bildirib:

"AKP nə iş gördüyünün fərqində deyil. Bunlar öz dinlərini belə bilmirlər. Mən Quranı sətir-sətir bilirəm. Eyni zamanda İncili, Tövratı da bilirəm. Bu insanların neçəsi Vatikan, Süleymaniyyə kitabxanasında dirsək çürüdüb?"

Məlumat üçün bildirək ki, C.Şəngör elmi fəaliyyətə 1981-ci ildən İstanbul Texniki Universiteti Mədən Fakültəsi , Ümumi Geologiya labaratoriyasında assistent olaraq başlayıb. 1982-ci ildə də Nyu York Dövlət Universitetinin Albaniya filialının doktoranturasını bitirib. 1984 -ci ildə "London Geologiya" Cəmiyyətinin mükafatını , 1986-cı ildə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) elm mükafatını alıb.

C.Şəngör 1990-cı ildə Avropa Akademiyasına qəbul edilən ilk türk olub. 1994-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının, Fransa və ABŞ geologiya dərnəklərinin üzvüdür. Şəngör 1997-ci ildə Fransa Elmlər Akademiyası tərəfindən yer elmləri böyük mükafatına (Lutaud mükafatı) layiq görülüb. Şəngör eyni zamanda ABŞ Milli Elmlər Akademiyası xarici üzvlüyünə seçilən ilk türkdür.
484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi