Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

QAT ermənilərin Bakıya gəlişinə etiraz etdi

Təşkilat iyunun 10-da piket keçirməyə cəhd etdi; Akif Nağı: “Bu, şərəf məsələsidir...”

Qarabağ Azadlıq Təşkilatı (QAT) ermənilərin Bakıya gəlməsinə etiraz olaraq aksiyaların keçirilməsinə başlayıb. İyunun 10-da QAT aksiya keçirməyə cəhd etsə də, alınmayıb. Otuza yaxın QAT üzvü “Rədd olsun ermənilər!” şüarı ilə aksiya keçirməyə cəhd etsə də, buna imkan verilməyib. QAT üzvləri erməni vəhşilikləri ilə bağlı hazırladıqları müraciətləri ətrafda olan insanlara paylayaraq dağılışıblar.

“Erməni idmançılarının Bakıya gəlməsinə şərait yaradılmasını qınayırıq”,- deyən QAT sədri Akif Nağı növbəti aksiyaların anonsunu verib: “Ermənistan Azərbaycanın torpaqlarının böyük bir hissəsini hələ də işğalda saxladığı bir vaxt da beynəlxalq tədbirlər adı altında ”gediş-gəliş" yaradılmasını düzgün hesab etmirik. Erməni idmançılarının Azərbaycana gəlməsinə şərait yaradanları qınayaraq QAT-ın bütün rayon şöbələrinə etiraz aksiyaları keçirmələri haqqında tapşırıq vermişik. Bizim ermənilərlə bir hesabımız var, o da döyüşərək torpaqlarımızı azad edib, şəhidlərimizin qisasını almaqdır".

Akif Nağı qeyd edib ki, paytaxtın Nizami rayonu ərazisində aksiya keçirməyə cəhd ediblər: “Qara Qarayev" və “Koroğlu” metrostansiyası yaxınlığında aksiya keçirməyə cəhd etdik. Ancaq həddindən artıq nəzarət nəzarət olduğuna görə, imkan vermədilər. Ona görə ümumi mövqeyimizi bildirdik, qrup-qrup müəyyən adamlara etirazla bağlı vərəqələr payladıq. Aksiyanı növbəti dəfə üçün təxirə saldıq. Nə qədər ki, erməni buradadır, etiraz aksiyaları keçiriləcək. Yaxın günlərdə həm Bakıda, həm bölgələrdə aksiyalar keçirəcəyik və işğalçı Ermənistanın bayraqları yandırılacaq".

Akif Nağı qeyd edib ki, onların keçirdikləri aksiyaların zəif olmasının səbəbi aksiyalara QAT üzvlərindən başqa, digər vətəndaşların qatılmamasıdır. O, qəzet vasitəsi ilə ölkə əhalisinə müraciət də edib: “Bütün vətəndaşlarımıza, Azərbaycanı düşünən insanlara, Qarabağ qazilərinə, şəhid ailələrinə, məcburi köçkünlərə müraciət edirik. Vətənpərvər insanlara müraciət edirik. Vətəndaşların öz vəzifə borcunu və əsl simasını ortaya qoyacağı məqamdır. Gücü, imkanı çatan formada hər kəs etiraz etsin, ya təkbaşına, ya bizim təşkilatla birgə. Bu, şərəf məsələsidir. İşğalçı Ermənistanın idmançıları buraya gəlirsə, heç nə olmamış kimi yarışlarda iştirak edirlərsə, deməli şərəfsizliyi boynumuza alırıq. Etiraz aksiyaları vətəndaşların öz borcunu yerinə yetirdiyini və şərəfli vətəndaş olduğunu göstərir. İstərdim ki, vətəndaşlar ermənilərə qarşı etiraz aksiyaları keçirsinlər. biz QAT olaraq öz imkanlarımız daxilində aksiyalar keçiririk”.

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatı iyunun 9-da da Birinci Avropa Oyunları çərçivəsində digər ölkələrlə yanaşı, Ermənistan bayrağının da Bakıda qaldırılmasına, erməni idmançılarının Bakıya gözlənilən səfərlərinə qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları hesab edirlər ki, erməni bayrağının Bakıda qaldırılması bütün Azərbaycana, şəhidlərin ruhuna təhqirdir. Erməni bayrağı dərhal endirilməli və məhv edilməlidir. paytaxtda keçirilən aksiyada xüsusi olaraq vurğulanıb ki, heç bir beynəlxalq hüquq, beynəlxalq təşkilat qarşısında götürülən öhdəlik erməni idmançılarının Bakıya gəlməsi üçün əsas ola bilməz: “Bu gələnlər idmançı deyil, terrorçu, işğalçı Ermənistan rejiminin nümayəndələri, işğal və terror təbliğatçılarıdır. Aksiya iştirakçıları ”Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan! Rədd ol!",- yazılmış plakatlar qaldırıb, mış, şüarlar səsləndirib, Serj Sərkisyan, Seyran Ohanyan, Bako Saakyan, Levon Ter- Petrosyan, Robert Koçaryan kimi hərbi canilərin, uşaq qatillərinin şəkillərini, Ermənistan bayrağını əvvəlcə ayaqlar altına atıb, sonra yandırıb. Qarabağ Azadlıq Təşkilatı bu aksiya ilə bütün Azərbaycan cəmiyyətinə müraciət edib, hər yerdə erməni hərbi canilərinin şəkillərinin, erməni bayraqlarının yandırılmasına çağırıb",- deyə QAT-ın aksiya ilə bağlı mediaya yaydığı xəbərdə bildirilir. /musavat.com/
559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11<