Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Səudiyyə qırıcısı BMT-nin Yəməndə yerləşən dərman anbarını bombardman edib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun rəsmi nümayəndəsi Stefan Cüjarrik bəyan edib ki, Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın qırıcıları BMT-nin Yəməndə yerləşən dərman anbarını bombardman ediblər.

"RIA Novosti"nin verdiyi xəbərə görə, aviazərbələr nəticəsində dərman anbarı tamamilə dağıdılıb.

"Bizim həmkarımızın verdiyi məlumata əsasən, BMT-nin Taiza şəhərində yerləşən dərman anbarı koalisiya qırıcıları tərəfindən bombardman edilib. Anbarda olan bütün dərmanlar məhv edilib", - deyə o, bildirib.

Onun sözlərinə görə, Yəməndə humanitar vəziyyət daha da pisləşir. BMT-nin Yəməndəkı münaqişə ilə bağlı yaydığı son hesabata əsasən, vəhabilərin bu ölkəyə hücumundan sonra 1297 nəfər şəhid olub, 3227 nəfər isə yaralanıb./deyerler/
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı