Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Afrikalı hakerlər qrupu həbs olundu

İspaniya, Polşa və İtaliya polisi iyunun 9-da keçirilmiş xüsusi əməliyyat zamanı kibercinayətkarlıq fəaliyyətində şübhəli bilinən 49 nəfəri həbs edib.

İCTnews xəbər verir ki, hakerlər qrupu Avropada bank hesablarından milyonlarla avronu oğurlamağa nail olub.

Saxlanılanlar əsasən Nigeriya və Kamerun vətəndaşlarıdır. Polisin məlumatına görə, qısa müddət ərzində onlar ümumilikdə altı milyon avro oğurlayaraq vəsaitləri pulların ələ keçirilməsi üzrə mürəkkəb şəbəkə vasitəsilə Avropa İttifaqının hüdudlarından kənara ötürə biliblər.

Cinayətkarların Avropada bank müştərilərinin hesablarından pulların köçürülməsi üçün fişinq onlayn sxemdən istifadə etmələri ehtimal edilir.

Kibercinayətkarların saxlanılması əməliyyatına həmçinin Böyük Britaniya, Belçika və Gürcüstan nümayəndələri cəlb olunub. Əməliyyat zamanı qanun keşikçiləri 58 müxtəlif yerdə axtarış aparıblar.
508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02