Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Filippin Vəkillər Kollegiyasının rəhbəri Məşhəddə müsəlman oldu

Filippin Vəkillər Kollegiyasının rəhbəri dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) Müqəddəs Məşhəd şəhərindəki ziyarətgahında islam dinini qəbul edib.

İslaminsesi.org-un verdiyi xəbərə görə, bu barədə Qüds Rəzəvinin İslam Əlaqələri və Təbliğat məsələləri üzrə sədr müavini Seyid Calal Hüseyni məlumat verib:

“Filippin Vəkillər Kollegiyasının rəhbəri İzailito Tor Yon Qüds Rəzəvinin qeyri-iranlı zəvvarlar üzrə idarəsində olaraq kəlmeyi-şəhadəti söyləyib və islam dinini qəbul edib.

44 yaşlı yenicə müsəlman olmuş bu şəxs kəlmeyi-şəhadəti deməzdən öncə dini ekspertlərin iştirakı ilə öz suallarını verib və suallarına cavab aldıqdan sonra islam dinini qəbul edib”.

Yenicə müsəlman olmuş filippinli bu qərarı barədə danışıb:

“İslam barədə mütaliəyə bir neçə il öncə başlandım və illərlə araşdırmadan sonra islam dininin haqlılığı mənə aydınlaşdı”.

Filippin Vəkillər Kollegiyasının rəhbəri ümidvarlıq edib ki, Allah-taalanın qarşısında həqiqi müsəlman olaraq öz vəzifələrini düzgün şəkildə yerinə yetirəcək.

Əvvəllər katolik xristianı olan filippinli müsəlman islamı xristianlığın təkmilləşmiş zənciri adlandırıb.
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik