Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

03 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 03-də hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, gündüz güclü şimal-qərb küləyinin axşama doğru şiddətlənəcəyi gözlənilir.
Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.
Havanın temperaturunun gecə 6-9, günün birinci yarısında 10-12, axşama doğru 2-4 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında
Dekabrın 03-də hava şəraitinin səhər qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal olunur. Şimal-qərb küləyinin ayrı-ayrı rayonlarda güclü olacağı gözlənilir.
Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Dekabrın 03-də hava şəraitinin təzadlı dəyişiləcəyi, temperatur rejiminin kəskin aşağı enməsi, şimal küləyinin şiddətlənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Hava şəraitinin dəyişməsi haqqında xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında dekabr ayının 03-ü günün ikinci yarısından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin 20-25 m/s, arabir 30 m/s-dək şiddətlənəcəyi gözlənilir. Axşam hava şəraitinin yağıntılı keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması istisna olunmur. Temperatur rejiminin anomal gedişi gözlənilir. Belə ki, günün birinci yarısından 10-12, axşama doğru isə 2-4 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Dekabrın 03-də səhər qərb rayonlarında və 04-də səhər əksər rayonlarda yağıntılı olacaq. Axşam bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
1799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...