Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

NATO Rusiyaya hücuma hazırlaşır?

Hakerlər Litva Müdafiə Nazirliyinin saytını sındıraraq NATO-nun Kalininqradın ilhaqına hazırlaşması barədə məxfi sənədlər əldə ediblər.

Onların nazirliyin saytına sındırdıqdan sonra yerləşdirdikləri məlumatda deyilir ki, NATO-nun “Qılınc zərbəsi – 2015” hərbi təlimləri Kalininqradın ilhaqına hazırlıqdır.

Litva Müdafiə Nazirliyinin nümayəndəsi Viktoriya Seminite bildirib ki, hakerlərin əldə etdiyi məlumat əslində sayta yerləşdirilmiş yalan məlumat olub. O bildirib ki, hazırda nazirlik bu yalan məlumatın sayta yerləşdirilməsi üzrə istintaqa başlayıb. “Litva ordusunun serverinin təhlükəsizliyinə özəl şirkət cavabdehdir”, - deyə şərhdə bildirilir.

NATO-nun “Qılınc zərbəsi – 2015” hərbi təlimləri iyunun 1-də Baltikyanı dövlətlərdə və Polşada keçirilir. Təlimlərdə NATO-nun 13 ölkəsini təmsil edən 6 min hərbçi iştirak edir.

Kalininqradın adı 4 iyul 1946-cı ilə qədər Köniqsberq olub. Şəhər 1773 - 1945-ci illərdə Almaniyanın Şərqi Prussiya əyalətinin mərkəzi olub. Potsdam konfransının qərarı ilə Köniqsberq də daxil olmaqla Şərqi Prussiya əyalətinin şimal tərəfi müvəqqəti olaraq Sovet İttifaqına verilib. Daha sonra sovet torpaqlarına birləşdirilib./ans/
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber