Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Nehrəmlinin başı yenə dərddə

"AVESTA" konserninin prezidenti Hacı İbrahim Nehrəmli maliyyə problemlərini heç cür yoluna qoya bilmir.

Hazırda "AVESTA" konserninin ofisinin qarşısında toplaşan işçilər maaşlarını ala bilmədiklərinə görə etiraz aksiyası keçirir.

Bu barədə etiraz edən işçilər xəbər verib. Onların sözlərinə görə, işçilər artıq dörd aydır ki, maaşlarını ala bilmirlər.

İşçilər hər gün rəhbərlik tərəfindən aldadıldıqlarını deyirlər. Onların sözlərinə görə, artıq 4-5 gündür ki, ofisə gəlib gedirlər.
Ancaq işçilər hələ də maşlarını ala bilmədiklərini və hər dəfə yaxın günlərdə maaşları alacaqları barədə vədlər eşidirlər.

Hazırda ofis qarşısında toplaşan 20-ə yaxın işçi maaşlarını almayanadək ərazini tərk etməyəcəyini bildirir. Onların hamısı işdən xaric edilsə də 4 aylıq əmək haqqını ala bilməyib./ans/
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı