Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Ukrayna ordusu yenə itki verdi

Ukraynanın şərqində baş verən ayrı-ayrı insidentlərdə 2 Ukrayna əsgəri və 3 dinc sakin həlak olub.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko xəbər verib.

Onun sözlərinə görə, son gün ərzində rusiyapərəst separatçıların hücumu nəticəsində 2 əsgər ölüb, daha 13 nəfər isə yaralanıb.

Andrey Lısenko separatçıların ağır silahlardan istifadə etdiyini qeyd edib.

Separatçıların komandanı Eduard Basurin isə Ukrayna ordusunun Qorlivka şəhərini atəşə tutuması nəticəsində 3 qadının öldüyünü bildirib.

ATƏT-in müşahidəçilər missiyası hər iki tərəfi atəşkəs rejimini pozmaqda günahlandırır.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb./ans/
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber