Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Putin: “ABŞ 17 dəqiqəyə Moskvanı vura bilər”

Prezident Vladimir Putin Rusiyanın “təcavüzkar ölkə” adlandırılmasının haqsız olduğunu açıqlayıb.

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən Kreml rəhbəri statistikanın hər şeyi izah etdiyini bildirib:

“NATO ölkələrinin hərbi xərcləri Rusiyadan 10 dəfə çoxdur. Digər tərəfdən, Rusiyanın ölkə xaricində hərbi bazası yoxdur. Norveç sahillərinə yerləşən ABŞ sualtı qayıqları Moskvanı 17 dəqiqə içində vura biləcək raketlər daşıyır”.

Kubadakı hərbi bazaların bağlandığını deyən Putin ABŞ-ın Rusiyanın qapısında dayandığını deyib:

“Biz Kubadakı bazalarımızı uzun müddət öncə bağladıq. Sizcə, “təcavüzkar” sifəti daha çox kimdə var? Dünya xəritəsi üzərində ABŞ bazalarını işarələyin. Bununla fərqi də görərsiniz”.

Ukrayna böhranı səbəbindən NATO ilə əlaqələrin daha da korlandığını deyən Putin bununla belə, heç nəyə peşman olmadığını bildirib:

“Peşmanlıq hissi keçirməyimə səbəb olacaq bir anım belə yoxdur. Tanrıya şükür, həyatımda peşman olacağım heç bir şey yaşamadım”./axar/
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21
Dolların məzən