Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2015

Moskvada 5 ay ərzində 3500-dən çox maşın qaçırılıb

Cari ilin 5 ayı ərzində Moskvada 3523 avtomobilin qaçırılması və oğurlanması faktı qeydə alınıb. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Avtomobil Müfəttişliyinin (RDAM) açıqlamasında bildirilir.

Qeyd olunan müddət ərzində axtarışda olan nəqliyyat vasitələrindən 2026-sı aşkarlanıb, onlardan 1521-i daha əvvəl qaçırılan və oğurlanan avtomobillərdir.

Cinayətlərin təhlili nəticəsində müəyyən olunub ki, avtomobil qaçırılması hallarının 52 faizi gecə, 13 faizi gündüz, 5 faizi axşam və 4 faizi səhər saatlarına təsadüf edib. Belə halların 26 faizində cinayətin törədilməsi vaxtı müəyyən edilməyib.
504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber