Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2015

"Azərişığ"ın işçisi özünü öldürdü

Şəkidə qəribə intihar hadisəsi baş verib. Hadisə dünən axşam saatlarında rayonun Kiş kəndində qeydə alınıb.

Kiş kənd sakini, 1962-ci il təvəllüdlü Firus Xələf oğlu Allahyarovun meyiti yaşadığı evdən 250 metr aralıda ata yurdundakı həyətyanı sahədə alma ağacından asılmış vəziyyətdə tapılıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gediblər. Araşdırmalar aparılıb və məlum olub ki, Firus Allahyarov intihar edib.

Qeyd edək ki, Firus Allahyarov "Azərişıq" ASC-nin Şəki rayon şəbəkəsində montyor işləyirmiş. Onun uzun müddətdir spirtli içki düşkünü olduğu bildirilir. Dəfələrlə Firus Allahyarov işdən sonra içirmiş və evlərindən aralıdakı ata yurduna gedib həyətdə yatırmış. Dünən gecə də o, belə edib. Bu dəfə Firus Allahyarov ora gedərkən özü ilə elektrik şalbanına çıxmaq üçün istifadə etdiyi ayaqlığı da özü ilə götürüb. O, özünü asarkən ayaqlığı da taxıbmış./ans/
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19