Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Gülər Əhmədovanın qohumlarının dalaşmasının səbəbkarı bacısı imiş

Hətta sabiq millət vəkili də baş verən davaya münasibət bildirib

Xəbər verdiyimiz kimi bu gün sabiq millət vəkili Gülər Əhmədovaya məhkəmədə hökm oxunandan sonra qohumları arasında dava düşüb. Məlumata görə, davanın əsas iştirakçıları ANS-in teleaparıcısı İlqar Mikayıloğlunun birinci və ikinci həyat yoldaşları olsa da, əsas səbəbkarı eks-deputatın bacısı Gülnar Quliyevadır. Belə ki, məhkəmə hökm verəndən sonra İlqar Mikayıloğlunun ikinci həyat yoldaşı vəkil Zülfiyyə Bayramova ağlamağa başlayıb. Gülər Əhmədovanın bacısı Gülnar Quliyeva Zülfiyyə xanıma deyib ki, sənin ağlamalı günlərin hələ qabaqdadır. Bu zaman vəkil baldızına (Gülnar Quliyevaya) "get, işinlə məşğul ol" deyib. Bu sözdən sonra isə Gülnar Quliyeva Zülfiyyəyə hücum çəkib. Onları polislər güclə bir-birindən ayırıb. Hətta sabiq millət vəkili də baş verən davaya münasibət bildirib:

"Hökmdən sonrakı gərginlikdi bir-birinin üstünə acıqlarını tökürlər".

Polislər Gülər Əhmədovanın bacısını çölə zorla çıxarandan sonra davanın davamı elə çöldə baş verib. Bu zaman Zülfiyyə əri İlqar Mikayıloğluya zəng edərək baldızından şikayətlənib. O, təkcə baldızından deyil, eləcə də İlqarın birinci xanımından da şikayətlənərək "sən onu rəsmən boşamısan, onun burda nə işi var" sözlərini deyib.

Bu sözdən sorna isə baldız gəlinin üstünə növbəti dəfə hücum çəkmək istəsə də, eks-deputatın həyat yoldaşı Fikrət Əhmədov ona mane olur və bu dəfə Zülfiyyə baldızının üstünə gedir. Şahidlərin sözlərinə görə, Gülnar Quliyevanın üzü al-qana boyanıbmış. Digər qohumlar araya girərək iki xanımı sakitləşdiriblər.

Gülnar Quliyeva isə Zülfiyyə Bayramovaya "üzümü cırdın, bu heyfi səndə qoymayacağam" deyərək xəbərdarlıq edib.

Qeyd edək ki, teleaparıcı İlqar Mikayıloğlu birinci xanımından rəsmən ayrılıb və ikinci dəfə Zülfiyyə Bayramova ilə ailə həyatı qurub. /qafqazinfo/
1603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22