Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2015

Rus qırıcısı ABŞ təyyarəsini təqib edib

Rusiyanın qırıcı təyyarəsi ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin yanından keçib.

Hadisə mayın 30-da Qara dəniz üzərində Beynəlxalq Hava məkanında olub. Rusiya qırıcısı Amerika kəşfiyyatçısının yanında onunla eyni hündürlükdə uçub. Daha sonra qırıcı təyyarə kursunu dəyişərək çox yaxın məsafə saxlamaqla bir müddət ABŞ kəşfiyyatçısını izləyib.

Hadisə haqqında əlavə məlumat verilməsə də, bildirilib ki, ABŞ kəşfiyyatçı təyyarəsinin qırıcıdan uzaqlaşmaq üçün heç bir manevr etməsinə ehtiyac qalmayıb. Hərbçilər həmçinin diplomatik etirazın göndərilib-göndərilməməsi haqqında da heç bir söz deyə bilməyiblər./ans/
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber