Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2015

CHP-dən sürpriz koalisiya həmləsi

Türkiyədə 7 iyun parlament seçkisindən sonra koalisiya hökuməti ssenarilərini dəyərləndirmək üçün Cümhuriyyət Xalq Partiyası (CHP) artıq ilk addımını atıb.

Bu barədə Türkiyənin “Milliyət” qəzeti yazıb.

CHP rəsmiləri koalisiya və ya azlıq hökuməti qurma ehtimallarını qiymətləndirmək üçün ilk təması MHP ilə reallaşdırıb.

Əldə edilən məlumatlara görə, MHP nümayəndələri CHP ilə koalisiyaya müsbət yanaşır. Lakin hökuməti qurmaq üçün HDP-nin dəstəyinə ehtiyac olduğu, MHP-nin isə millətçi kimliyindən dolayı buna müsbət yanaşmadığı bildirilir.

CHP rəsmiləri bu həftə ərzində HDP nümayəndələri ilə də görüş reallaşdıracaq.

Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkisində AKP 258, CHP 132, MHP 80, HDP 80 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırkı nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir./axar/
584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...