Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Avtobuslarda pulları Ziya Məmmədovun bankı yığacaq

Sərnişin nəqliyyatında gediş haqlarının kart sistemi ilə ödənilməsinin tətbiqinin niyə gecikdiyi üzə çıxıb.

Virtualaz.org saytına məlum olub ki, bu sistemə nəqliyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olan bank xidmət edəcək. Bank isə gediş haqlarını ödəməklə bağlı tətbiq olunacaq kartlara xidmət üçün lazımi sistemi hələ hazırlayıb başa çatdırmayıb.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi sərnişin nəqliyyatında gediş haqlarının ödənilməsi üçün kart sisteminin tətbiqinə bu ilin əvvəlindən başlayacağını elan etmişdi. Lakin bu, baş tutmadı. Daha sonra elan edildi ki, kart sistemi sentyabrdan tətbiq olunacaq. Sentyabrda da gözlənilən hadisə baş vermədi. Hərçənd ki, sərnişin avtobuslarında plastik kartlardan məlumatı oxumaq üçün xüsusi qurğuların quraşdırılması prosesi başlayıb. Nəqliyyat Nazirliyi 1000 avtobusda belə qurğu quraşdırılacağını açıqlayıb.

ABC agentliyi isə xəbər verir ki, Mərkəzi Bank nəqliyyatda gediş haqlarının ödənilməsi üçün xüsusi prosessor mərkəzinin yaradılmasını dəstəkləyir. Mərkəzi Bankın baş direktoru Rəşad Orucov deyib ki, bu işlə “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəsi məşğul olur. “Bu sistem nəqliyyatda elektron ödənişlərə xidmət edəcək. Bank prosesi yekunlaşdırmaq üzrədir. Sistem bütün banklara açıq olacaq, lakin prosessinq mərkəzi sistemin operatoru kimi “Bank of Azerbaijan”da olacaq”.

Qeyd edək ki, “Bank of Azerbaijan” Z.Məmmədovun biznes imperiyasına daxildir. 

1906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat