Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Yəmən xalqı müdafiə üçün istifadə edəcəyi yeni raketlər yaratdı

İranın Silahlı Qüvvələrinin ali baş komandanının siyasi və ideoloji administrasiyasının rəhbəri Qulam Səfai bəyan edib ki, Yəmən xalqı müstəqil olaraq özünü müdafiə etmək üçün yeni raketlər hazırlamağa müvəffəq olub.

Səfai Yəmənin hazırladığı "Zəlzəl" raketləri haqqında müsahibə verib.

"Bəziləri hesab edirlər ki, "Zəlzəl" raketləri Yəmənin sabiq hökuməti digər ölkələrdən idxal edib. Lakin bu elə deyil. Bu raketləri Yəmən xalqı özünü müdafiə etmək üçün istehsal edib və onlara Qurani-Kərimdən adlar qoyub.

Yəmən xalqı texnoloji baxımından o qədər inkişaf edib ki, 50 kilometr məsafədə yerləşən hədəfləri vura bilir", - deyə Səfai əlavə edib.

Qeyd edək ki, bundan əlavə Yəmənin müqavimət gücləri Səudiyyənin hərbi təcavüzünə cavab olaraq, bu ölkənin hərbi bazasını Skad raketi ilə atəşə tutub./deyerler/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP