Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Dünyanın ən varlı 20 liderinin siyahısı açıqlandı

P.S. İlham Əliyev görəsən 500 milyon dolları necə ələ keçirib

"HuffPost World" dünyanın 20 varlı dövlət başçısının siyahısını hazırlayıb. FaktXəbər-in məlumatına görə, siyahıda krallar, sultanlar və prezidentlər var. Onların əksəriyyəti kişilərdir. 20 dövlət başçsının 7-si Yaxın Şərqdəndir. Siyahıda dövlət başçısının var dövləti ilə yanaşı ümumdaxili məhsul (ÜDM) da əks etdirilib.
Siyahını sizlərə təqdim edirik:
1. Vladimir Putin (Rusiya prezidenti) - 40 milyard dollar (ÜDM - 14000 dollar)
2. Bhumibol Adulyadej (Tayland kralı) - 30 milyard dollar (ÜDM - 4400 dollar)
3. Hassanal Bolkiah (Bruney sultanı) - 20 milyard dollar (ÜDM - 41000 dollar)
4. Abdullah bin Əbdül Əziz Əl-Saud (Səudiyyə kralı) - 18 milyard (ÜDM- 21000 dollar)
5. Xəlifə bin Zayed Əl-Nahyan (BƏƏ prezidenti) - 15 milyard dollar (ÜDM - 44000 dollar)
6. Məhəmməd bin Raşid Əl-Maktum (Dubay əmri) - 14 milyard dollar (ÜDM - 16000 dollar)
7. Kim Çen In (Şimali Koreya lideri) - 5 milyard dollar (ÜDM - 1800 dollar)
8. II Hans-Adam (Lixtenşteyn şahzadəsi) - 5 milyard dollar (ÜDM - 135000 dollar)
9. VI Məhəmməd (Mərakeş kralı) - 2.5 milyard dollar (ÜDM - 3000 dollar)
10. Sebastian Pinera (Çili prezidenti) - 2.5 milyard dollar (ÜDM - 15000 dollar)
11. Hamad bin Xəlifə Əl-Sani (Qətər əmri) - 2 milyard dollar (ÜDM - 90000 dollar)
12. Sonya Qandi (Hindistan Milli Konqresinin lideri ) (Qətər əmri) - 2 milyard dollar (ÜDM - 1500 dollar)
13. II Albert (Monako şahzadəsi) - 1 milyard dollar (ÜDM - 163000 dollar)
14. Qabus bin Səid (Oman sultanı) - 700 milyon dollar (ÜDM - 23000 dollar)
15. Teodoro Obianq Nquema Mbasoqo (Ekvatorial Qvineyanın prezidenti) - 600 milyon dollar (ÜDM - 24000 dollar)
16. Bəşşar Əsəd (Suriya prezidenti) - 550 milyon dollar (ÜDM - 3000 dollar)
17. İlham Əliyev (Azərbaycan prezidenti) - 500 milyon dollar (ÜDM - 7000 dollar)
18. II Yelizaveta (İngiltərə kraliçası) - 500 milyon dollar (ÜDM - 38000 dollar)
19. IV Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah (Küveyt şeyxi) - 400 milyon dollar (ÜDM - 56000 dollar)
20. III Msvati (Svazilend kralı) - 100 milyon dollar (ÜDM - 3000 dollar)

Barak Obamanın da varidatının bir neçə milyon dollar olduğu bildirilsə də, nədənsə o, siyahıya salınmayıb. Bundan əlavə siyahıya Avropanın hegemon dövlətlərindən olan Almaniya və Fransanın rəhbərlərindən heç kimin salınmaması şübhələrə səbəb olur və siyahının ciddiliyini şübhə altına alır./Faktxəbər/
1675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11
Ha