Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Nəsrullahın dilindən İmam Xamenei

Heç bir ölkə lideri özəl olaraq insanlarla bu şəkildə ünsiyyət qurmaq üçün vaxt ayırmaz

Bu il keçirilən 2-ci “İmam Xamenei, İctihad və Yenilik” adlı konfransında çıxış edən Hizbullahıb baş katibi Seyid Həsən Nəsrullah İran İslam Respublikasının Ali Lideri Ayıtullah Seyid Əli Xamenei haqqında danışıb.

Seyid Həsən Nəsrulahın çıxışı böyük maraqla qarşılanıb:
“Ayətullah Xamenei, İslam Respublikasının rəhbəridir. Bu məqamın müəyyən bir çərçivəsi və şərtləri vardır. Cəsarət, geniş siyasi məlumat, fərqli cəmiyyət və siyasətləri tanıma, dost və düşməni tanıyabilmə, fürsətlərdən lazımınca istifadə etmək və s. sifətlər bu məqamın bəziləridir.

İmam Xomeyninin vəfatından sonra rəhbərlik vəzifəsini yerinə yetirən Ayətullah Xamenei, bütün bu cəhətlərə malikdir. Ayətullah Xamenei, İslam Respublikası əleyhinə açılan bütün təbliğat və sanksiyalara qarşı dayanmağı bacarır. Bu gün bütün dünya bu həqiqəti görür və etiraf edir. İslam Respublikası hər sahədə özünü daha da inkişaf etdirməyə davam edir.

Bütün bunlar Ayətullah Xameneinin şəxsiyyətindən əks olunan bəzi detallardır. Biz, Ayətullah Xamaneini, sözlərinə əməl edən, qarşılaşdığımız hər bir məsələdə yol göstərən insan kimi tanıdıq.
Ayətullah Xamenei böyük islami filosofdur. O, günümüzün ən böyük müctəhidlərindən biridir. Bölgədə apardığı siyasi analizlərlə insanları özünə cəlb edən, zalımların ağlını başından çıxaran bir rəhbərdir.

Ayətullah Xameneinin gənclik illərində mədəni və fikri sahələrdə geniş miqyaslı işləri vardı. Fərqli tarixlərə və tarixi şəxsiyyətlərə, ədəbiyyat və poeziya ilə əlaqəsi vardı. Həm şiə, həm də sünnilərin tanınmış simalarına aid kitabları mütaliə edərdi.

O, bu gün də kitaba qarşı olan sevgisindən əsla imtina etməmişdir. Hətta Tehranda keçirilən beynəlxalq kitab sərgisinə qarşı hədsiz həssaslığını hamı müşahidə etdi. O, sərgi müxtəlif nəşriyyat evlərinə aid ekspozisiyaları səyyar, kitab satışları haqqında məlumat alır.

İl ərzində cəmiyyətin müxtəlif təbəqələri ilə bir araya gəlir. Universitet tələbələri, həkimlər, müəllimlər, fəhlələr kimi fərqli sahələrdən insanlarla görüşür. Onların problemlərini dinləyir, işləri ilə tanış olur, fikir mübadiləsi aparır. Bu görüşlər insanın həm ideya, həm də mədəni sahələrdə müxtəlif avadanlıqlara malik olmasını təmin edir. Heç bir ölkə lideri özəl olaraq insanlarla bu şəkildə ünsiyyət qurmaq üçün vaxt ayırmaz./İslaminsesi.org/
664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı