Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Hakimiyyət Arif Məmmədovu Avropa ilə bağlayır

Hikmət Hacızadə: «Arif Məmmədov məmurları və yürüdülən siyasəti tənqid etdiyinə görə hədəfə gəldi»

Azərbaycanın keçmiş səfiri Arif Məmmədovun Binəqədidə yanan bina ilə bağlı sosial şəbəkədə yazdıqları böyük qalmaqal yaratdı. Dərhal onun üzərinə hərəkətə keçən hakimiyyət təmsilçiləri və hakimiyyətyönlü media A.Məmmədovun ünvanına olmazın ittihamlar səsləndirdilər. Səbəb A.Məmmədovun vətəndaş mövqeyi sərgiləyərək, yanan bina ilə bağlı məmurların məsuliyyət daşımasını vurğulamasıydı ki, bunu vətənə xəyanət kimi dəyərləndirdilər.
Zillət vəkili Zahid Oruc baş verənlərə münasibət bildirərəkən belə bir fikir işlədib ki, A.Məmmədovun səsləndirdiyi bəyanatlar Avropa səviyyəsində hazırlanmış layihədir.
“Azərbaycan Xarici Işlər Nazirliyinin əməkdaşı və Islam Əməkdaşlıq Təşkilatının Avropa Ittifaqındakı nümayəndəsi Arif Məmmədovla bağlı məsələni mühüm beynəlxalq layihə hesab edirəm”, deyə Z.Oruc vurğulayıb.
Keçmiş səfirin cəmiyyətdəki eybəcərlikləri sonrakı statuslarında tənqid etməsi ona qarşı kampaniyanı bir qədər də artırıb. Amma burada maraqlı bir məqama diqqət yetirmək gərəkdir. Səfirin səsləndirdiyi faktlardan daha kəskin faktları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev elm, təhsil, səhiyyə, telekanallardakı proqramlarla bağlı kəskin tənqidi məqalə ilə çıxış etmişdi. Həmin məqalədə konkret ünvanlar, dövlətin yürütdüyü siyasət sərt tənqid olunmuşdu. Amma bütün bunlara görə, heç bir tədbir görülmədi...

Politoloq Hikmət Hacızadə bildirdi ki, öncə səfir A.Məmmədovun yazdıqlarına diqqət yetirmək lazımdır. Onun ilk qalmaqal yaradan statusunda əslində qəribə heç nə yox idi: “Arif Məmmədov yanan bina ilə bağlı yazdığı statusunda dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlərdən artıq heç nə vurğulamamışdı. Arif Məmmədov məmurları və yürüdülən siyasəti tənqid etdiyinə görə hədəfə gəldi. Zahid Oruc da elə-belə parlamentə düşməyib və onun bəyanatları təsadüfən səslənmir”.
H.Hacızadə onu da vurğuladı ki, hakimiyyət ənənəvi olaraq onunla razılaşmayan, ona qarşı təbliğat aparan şəxsləri ermənipərəstlikdə, masonluqda ittiham edir. “Bu ittihamların heç biri reallığa uyğun gəlmir və bişmiş toyuğun belə gülməyi gəlir”, deyə H.Hacızadə vurğuladı./azadlıq/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi