Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Məmurlar özlərini necə ifşa etdilər?

Məhkəmə sistemindəki iflic vəziyyət etiraf olundu

Azərbaycanda bütün sahələr kimi məhkəmə sistemi də iflic vəziyyətə salınıb. Ötən sayımızda da bununla bağlı şərhimizi vermişdik. Eyni zamanda Ali Məhkəmənin plenum iclasına da diqqət çəkmişdik. Belə ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev plenum iclasındakı çıxışında hakimləri məsuliyyətli olmağa çağırmışdı. Biz də izah etmişdik ki, ölkədə hakimlərin sifarişlə. Maddiyyat qarşılığında hökm çıxarması, hakimiyyətin yarıtmaz siyasətinin nəticəsidir.
Amma plenumun iclasında başqa çıxışlar da olub və bu çıxışlara da qısa şərh vermək istəyərdik. Ədliyyə Naziri Firət Məmmədov deyib ki, dələduzluq cinayətlərinin sayı artıb:ÿ"Tədqiqatlar göstərir ki, cinayətkarlığın səviyyəsinin nisbi sabitliyinə baxmayaraq, dələduzluq cinayətləri getdikcə artır. Məsələn, son 3-4 il ərzində birinci instansiya məhkəmələrində baxılan bu cür işlərin sayı iki dəfədən çox artıb. Bu cinayətkarlığa görə məhkum edilənlərin sayı isə 830-u keçib. Dələduzluğa görə məhkum edilmiş şəxslərin sayı davamlı olaraq artır. Bu məsələnin plenuma salınması, müzakirə olunması xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, həbs qətimkan tədbirinin seçilməsində, müdafiə hüququnun təmin olunmasında yol verilən nöqsanlar, süründürməçilik halları bizi narahat etməyə bilməz. Ən böyük problemlərdən biri də bu sahədə layiqli cəzanın tətbiq olunmaması və məhkəmə təcrübəsinin formalaşmamasıdır"- deyə Fikrət Məmmədov bildirib.
Prezident Adminstrasiyası hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da dələduzluqdan şikayətlənib: “Son illərin statistikası göstərir ki, cinayət məsuliyyətinə cəlb edilən, məhkum edilən şəxslərin illik ümumi sayının orta hesabla 7 faizini dələduzluq cinayətini törədənlər təşkil edir”.ÿ
Vəziyyət o həddə çatıb ki, məhkəmələrin bərbad vəziyyətdə olduğunu və insanların ölkə məhkəmələrinə etimadının itdiyini etiraf edirlər.
Amma bütün çıxışlarda dələduzluq məsələsi xüsusi vurğulanır. Görəsən, dələduzluq niyə bu qədər geniş vüsət alıb? Əvvəla, qeyd edək ki, Fuad Ələsgərov dələduzluq cinayətlərinin 7 faiz təşkil etdiyin desə də, Fikrət Məmmədov belə cinayətələrin 2 dəfə artdığını deyib. Belə çıxır ki, dələduzluqda ittiham olunanların böyük əksəriyyəti azadlıqda gəzir.
Amma məsələnin əsas hissəsi dələduzluğun səbəbləri ilə bağlıdır. Dələduzluq cinayətləri əsasən biznes sahəsində baş verir və maddiyyatla bağlıdır. Azərbaycanda aparılan siyasət, hakimiyyətin acgözlük siyasəti bu halların yaranmasına stimul verir. Belə ki, bütün sahələrdə çalışan adamlara qeyri-rəsmi ödənişlər tətbiq edilir. Vətəndaş gömrük məntəqəsindən tutmuş, işlətdiyi xırda köşkə qədər hər yerdə “şapka” ödəyir. Ümumi ziyanı kompensasiya etmək üçün qeyri-şəffaf fəaliyyətlər həyata keçirilir. Təbii ki, borc alıb geri qaytarmamaq, etimaddan sui-istifadə etmək dələduzluq hesab olunur. Amma bunun səbəbləri daha yuxarılardan qaynaqlanır.
Amma bir həqiqət də var ki, ən böyük dələduzluqla yüksək vəzifə tutanlar məşğul olur. Məsələn, bu yaxınlarda “Qala” mühafizə xidmətində işə götürülən 1000-lərlə şəxsə qarşı dələduzluq edildi. Sadə vətəndaşların milyonlarla pulu mənimsənildi və nəticədə 2 nəfər həbs olundu. Hansıki, Azərbaycanda böyük işlərlə yalnız böyük adamlar məşğul ola bilər. Yaxud “maliyyə xəyanəti”ndə ittiham olunan 72 oliqarx bir neçə gündən sonra azadlığa buraxıldı. Digər, xırda dələduzluq hallarına görə həbs olunanlar isə müəyyən vəsait qarşılğında cəzasını azalda bilir.
Yəni bu ölkədə dələduzluq cinayətlərinin artması və bu adamlara qarşı yüngül cəzaların tətbiq olunması yürüdülən siyasətin məntiqi nəticəsidir.
Vicdanlı, cəsarətli hakimlərin, vəkillərin didərgin salınması, korrupsiyanın dövlət siyasətin əçevrilməsi, belə bir mənzərə yaradıb.
Ona görə də günahı hansısa fərdlərdə yox, qeyri-şəffaf idarəetmədə axtarmaq lazımdır./azadlıq/
623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber