Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Əliyevin bank biznesi hansı sirrləri açdı?

İndi bildiniz əmanəti batanlara niyə güzəşt edilmədi?


Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatı özünün “Xədicə layihəsi” çərçivəsində növbəti - ikinci araşdırmasını dərc etdi. Araşdırma Azərbaycanda bank sektoru, kredit dərəcələrinin Avropa ölkələri ilə müqayisədə nə az, nə çox 3 dəfə çox olmasının, ailə biznesinə çevrilmiş bankların adi insanların həyatına təsiri və digər qaranlıq məqamları aydınladır. Müxtəlif ölkələrdən olan araşdırmaçı jurnalistlər və bank mütəxəssisləri hesablayıblar ki, kreditlərdən gələn gəlirin bir hissəsi məhz prezident ailəsinə məxsusdur. Həmin banklar - Paşa Bank, Kapital Bank, Express Bank, Azərbaycan Sənaye Bankı, Xalq Bank, Silkway Bank, VTB Bank, ATA Bank-dır.
Bugünə qədər hakimiyyətin korrupsiya fəaliyyəti ilə bağlı o qədər xəbərlər yayılıb ki, artıq belə araşdırmalar cəmiyyəti təəccübləndirmir. Yəni Dubay villaları, 5 şəxsi təyyarə, Daşkəsən qızıl yataqları, Vircin adasındakı 48 milyarddan sonra, bank sisteminin də hakim ailəyə məxsusluğu qeyri-adi xəbər olmadı.
Sadəcə bu araşdırmanın nəticəsi bəzi sadəlövhlər üçün dərs oldu. Manatın 34 faiz ucuzlaşması və sadə vətəndaşlara bir gecənin içində 2.2 milyard zərbə vurulmasını heç kim unutmayıb. O da unudulmayıb ki, ölkə başçısı vətəndaşlara milli valyutanın sabit qalacağını vəd vermişdi. Amma bütün bu vədlər boşa çıxandan sonra, əmanətinə xəyanət edilmiş vətəndaşlar Konstitusiya Məhkəməsinin verəcəyi qərara ümid bağladılar. Amma Konstitusiya Məhkəməsinin qərarı da xalqın xeyrinə olmadı. Təbii ki, xeyli insan üçün bu qərar da təəccüblü olmadı. Çünki, bu ölkədə bugünə qədər xalqın xeyrinə qərar qəbul olunmayıb. Bütün dəyişikliklər, sərəncamlar, qanunlar, qaydalar, qərarlar sadə vətəndaşı təhdid edib və hakimiyyətin maraqlarına xidmət göstərib. Azərbaycanda məhkəmə sisteminin hansı meyarlarla işlədiyin, qərarların necə verildiyini hamı bilir. Ona görə də Konstitusiya Məhkəməsinin qərarı da hakimiyyətin zirvəsindən gələn sifariş idi.
Bütün bunları ona görə xatırladırıq ki, baş verənlərin təsadüf olmadığını sadə vətəndaş dərk etsin. Indi məlum olur ki, yüksək faizli bank kreditləri, Konstitusiya Məhkəməsinin qərarı, sadə vətəndaşa dəyən zərərin ödənilməməsi birbaşa hakim ailə bağlıdır. Bütün vasitələrə əl atıldı ki, hakim ailəyə məxsus banklar zərərə uğramasın. Yəqin ki, bundan sonra sadəlövh yanaşmalardan, hakimiyyətə ümid bağlamaqdan imtina edərsiz. Vətəndaşın üzləşdiyi problemlər ikinci-üçüncü dərəcəli deyil, birinci dərəcəli şəxslərlə bağlıdır. Ona görə də bütün məsələlər birincilərin maraqlarına uyğun tənzimlənir./azadlıq/
607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:16
“WhatsApp”dan daha bi