Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

V.Putin: “Qarabağda müharibə başlasa...”

Ermənistanda olan Rusiya prezidenti Bakıya səfəri zamanı Qarabağ məsələsini ətraflı müzakirə etdiyini söyləyib

Ermənistan və Rusiya Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdırlar. İnterAz-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya və Ermənistan prezidentlərinin birgə mətbuat konfransı zamanı erməni lideri Serj Sarqsyan bildirib. O həmçinin qeyd edib ki, Vladimir Putini noyabrın 19-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə baş tutmuş görüşü barədə məlumatlandırıb və ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyanın vasiəçilik səylərinə görə ölkə başçısına minnətdarlığını ifadə edib.

Öz növbəsində Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa təmaslarını alqışladığını bildirib. Onun sözlərinə görə, Vyanadakı görüş həqiqətən də müsbət xarakter daşıyıb və əlavə edib ki, Rusiya tərəflərin sağlam düşüncəsinə və məsələni sülh yolu ilə nizamlamasına niyyətli olduğuna ümid edir. O həmçinin qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində sülh prosesinə bundan sonra da hərtərəfli yardım edəcək.

“Bildiyiniz kimi mən bir müddət öncə Bakıda səfərdə olmuşam. Biz Azərbaycan prezidenti ilə Qarabağ nizamlanması perspektivlərini ətraflı müzakirə etdik. Noyabrın 19-da Vyanada keçirilən görüşün pozitiv xarakterli olmasını qeyd etmək mənə olduqca xoşdur. Biz tərəflərin sağlam düşüncəsinə və münaqişəni həll etmək səylərinə ümid edirik. ATƏT-in Minsk qrupu çərçivəsində buna hərtərəfli dəstək verəcəyik”, - deyə o vurğulayıb.

Rusiya dövlətinin başçısı Vladimir Putin erməni jurnalistinin “Azərbaycan təcavüz edərsə, Rusiyanın fərziyyəyə əsaslanan reaksiyası necə ola bilər” sualını belə cavablandırıb: “Bu cür sözlər nə qədər daha tez-tez ucadan təkrarlansa, regionda sülh nizamlanması üçün o qədər az şərait olar. Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın yerləşən və Rusiya Federasiyası ilə bu cür sıx əlaqələri olan dünyanın bu regionunda bir daha heç vaxt qan tökülməsin. İstərdik ki, Dağlıq Qarabağda da bir daha heç vaxt nə ermənilərin, nə də ki azərbaycanlıların qanı axıdılmasın. Ona görə də müharibə başlasa bizim nə edəcəyimizdən fərziyyə əsasında danışmaq kontrproduktivdir”
1674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı